Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin start verdiyi zona seminarlarının davamı olaraq 20 noyabr 2010 cu il tarixində Bakı şəhəri Kentavr idman klubunda yenidən təşkil olunub.
Seminar Beynəxalq dərəcəli ( IV san qara kəmər ) idman ustası, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti, Aybar-Sensei Vasif Namazov və Mərkəzin Vitse-Prezidenti Rəfayıl Əliyev tərəfindən yüksək səviyyədə keçirildi.
Vasif Namazov -Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: «Bakı şəhərində olan bölmələrimizdə çox böyük irəliləyişlər var. Bu seminarlar vasitəsilə hər il yeni döyüşçülər artır.Son yarışlarımızda biz real olaraq bunu gördük. Güclü döyüşçülərin seçimini aparmaq çətin olsada, ancaq biz yeni hakimlər komandası formalaşdıraraq bunun öhdəsindən gəlirik. Seminarlarımız davam e tdiririk. növbəti seminarımız 28.11.2010 cu ildə Sümqayıt şəhərində keçiriləcək.»
Qeyd edək ki, Seminar Mərkəzin Prezidenti Vasif Namazov və Mərkəzin təşkilat və təbliğat komitəsinin sədri Elşən Məmmədov tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi. Sayokan Mətbuat Xidməti – Eyyub Kamaloglu Mob.: +994 55 789 77 16 Tel.: +994 18 6460144 Şəkil Hesabat
sayokan@inbox.ru www.sayokan-az.com
|