01-04 oktyabr 2010 cu il tarixinədək Türkiyənin Safranbolu əlayətində Beynəlxalq payız düşərgəsi təşkil olundu.
Bu beynəlxalq tədbirdə Amerika, Belçika, Azərbaycan, İran, Türkiyə dən 200 ə yaxın idmançı iştirak edurdi. Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi bu beynləlxalq tədbirdə Qarabağ Sayokan zonasının sədri Vuqar Əliyev, Agcəbədi rayon təmsilçisi Puri Elsəvər, Suraxanı filialının sədri Rac Abdullayev, Sumqayıt şəhərindən Samir Əliyev , Ramanı qəsəbəsindən Fariq Mirzəyev və komandanın rəhbəri Sayokan döyüş sənətinin Azərbaycanda rəsmi nümayəndəsi Aybar Vasif Namazov təmsil edirdi.
Vasif Namazov , Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: " Bu kampda bizi çox isti və doğma kimi qarşıladılar. Xsusəndə Sayokanın qurucusu Yabgu Nihat Yıgıt və digər Tayangu, Taygun və Aybarlar. Bu kamp mahiyyət etibarı ilə çox şeyi özündə əks etdirirdi. Sayokanda olan yeniliklər, ölkələr arasında qardaşlıq münasibətləri bir daha subut etdiki Sayokan nəinki saglamlıq eyni zamanda dünyada sülhü, əmin amanlığı, tolerantlıq prinsiplərini həyata keçirir. Məlumdur ki bu bizim dövlət siyasətimizin bir hissəsidir. Məhs bunun üçün Sayokan həm bu prinsipləri daşıdıgına görə və eyni zamanda türk xalqlarının döyüş sənəti olduguna görə bizə çox lazımdı. ”
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi bu kampda iştirak etməkdə xsusi dəstək verdiyinə görə Ağcəbədi rayon icra hakimiyyətinin başçısı Cənab Şahin Məmmədova dərin təşəkkürünü bildirir.
Sayokan Mətbuat Xidməti – Eyyub Kamaloglu
Mob.: +994 55 789 77 16
Tel.: +994 18 656 01 44
www.sayokan-az.com
|