"Sayokan Narkomaniya və uşaq cinayətinə qarşı" devizi altında keçirilən turnirə yekun vuruldu. - 24 Января 2011 - Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi
Ön Səhifə » 2011 » Yanvar » 24 » "Sayokan Narkomaniya və uşaq cinayətinə qarşı" devizi altında keçirilən turnirə yekun vuruldu.
11:40
"Sayokan Narkomaniya və uşaq cinayətinə qarşı" devizi altında keçirilən turnirə yekun vuruldu.
23 yanvar 2011-ci il. Sumqayıt şəhər Parapimpiya İdman komleksində "Sayokan Narkomaniya və uşaq cinayətinə qarşı" devizi altında keçirilən turnirə yekun vuruldu.
Yarışa dəvət olunmuş komandalardan Bakının Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Bakı-Mərkəz komandaları, Sumqayıt, Beyləqan, Xaçmaz, Qubadlı, Agcəbədi, Şuşa komandaları iştirak etdi. Komandalar Sayokan döyüş sisteminin A,B,C sistemləri üzrə mübarizə apardılar. Komanda hesabı üzrə Sayokan döyüş növünün A sistemi üzrə Suraxanı 1-ci yer, Sabunçu 2 yer, Beyləqan 3 yer, Sayokan döyüş növünün B sistemi üzrə isə 1-ci yer Bakı-mərkəz , 2 yer Sumqayıt, 3 yer Binəqədi, Sayokan döyüş növünün C sistemi üzrə isə 1-ci yer Sumqayıt, 2 yer Nərimanov, 3 yer Ağcabədi, komandaları qazandı.Yarışda xsusi diqqət çəkən məqam çox sayda güclü döyüşçülərin, spornsorların və təşkilat dəstəyi olan təşkilatlar idi.
Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: « Bizim təşkilat bu aksiya vasitəsilə bir neçə təşkilatı birləşdirdi. Biz hər zaman çalışırıq ki keçirdiyimiz tədbirlərin səviyyəsi artsın.Çünki biz yarış xatirinə yarış keçirmirik. Çalışırıq ki heyata keçirdiyimiz yarışlar hansısa ənənələrə və ya xeyrli məqsədlərə həsr olunsun. Sayokan narkomaniya və uşaq cinayətinə yox deyərək vətənə məhəbbət ruhunda gənc idmançılar yetişdirir. Bu bizim fəaliyyətimizin əsas hissəsidi.»
Qeyd edək ki, Turniri Mərkəzin Prezidenti Vasif Namazov, Vitse-prezident Rəfayıl Əliyev, Vitse-prezident Allahverdi Zamanov, Texniki Direktor Kamil Usubov, Baş Katib Emin Mirzəməmmədov, Təşkilat komitəsinin sədi Elşən Məmmədov və "Azər Eyvazov” adına Sayokan idman Klubunun Prezidenti Arzu Eyvazova tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.
Turnirin baş sponsor: " Berat Lahmacun" , Sponsor : "MET-RX" şirkəti Təşkilat dəstəyi: Sumqayıt Gənclər və İdman baş idarəsi, Paralimpia İdman Kompleksi, Bütov Azərbaycan Həmrəylik Təşkilatı "İstanbul Reklam" şirkəti "Papirus Reklam" şirkəti "ALFA" Mühafizə təşkilatı "RİYAD" Mühafizə təşkilatı
Mədəniyət sahəsindən :Rövşən Ritm Qrupu
Bədii Qimnastika Qrupu
Gənc Mügənnilər Rövşən Civişov
Orxan Əliyev
İnformasiya Dəstəyi: "Millətçilik" qəzeti "XƏZƏR" TV "LİDER" TV "DÜNYA" TV
bu federasiyanin tedbirleri her zaman seviyeli olub indide hemcinin ancaq adam bu defe cox idi onun ucun yarish gec cekdi, xahish edirem gelecekde bunlari nezere alasiniz bele uzun ceken zaman iki gun elemek lazimdi, birdeki ortada qarishiqliq yaratmaq isteyen bezi adamlar var ki bunu federasiya mueyyen etmeli ve o adamlari uzaqlasdirmalidi