Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin, 24 oktyabr 2009 ci il tarixində Sumqayıt şəhər Paralimpia idman Kompleksində təşkil etdiyi Respublika seminarı yüksək səviyyədə keçirildi. Seminarda Respublikanın Baki şəhərindən, Suraxanı, Qaraçuxur, Günəşli, Ramanı, Əhmədli, ARAN GARABAG zonasından Beyləqan ,Fizuli və eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən 5 bölmənin Məşqçi-Təlimatçıları iştirak etdi. Seminarı Mərkəzin aparıcı baş təlimatçıları ( Aybar-Sensei Vasif Namazov IV san-dan, Aybar-Sensei Rəfayıl Əliyev III san-dan, Aybar-Sensei Allahverdi Zamanov III san-dan, Aybar Sensei Kamil Yusubov II san-dan,) yüksək səviyyədə idarə etdi. Seminarda Sumqayıt şərq döyüş növləri şurasının sədri Rövşən Veysəlov və JKS in Azərbaycanda Rəsmi Nümayəndəsi Rəfayıl Məmmədov qonaq qismində iştirak edərək məşqçilərə ugurlar arzuladı.
Sayokan Mətbuat Xidməti
|