|
" Sayokan
Döyüş sistemi üzrə Ümümmilli Lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş II-açıq Respublika Turnirinə yekun
vuruldu"
8 may 2011-ci il Binəqədi idman kompleksində təşkil
olunmuş Ümümmilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Sayokan Döyüş
sistemi üzrə II-açıq Respublika Turnirinə yekun vuruldu. İlk dəfə olaraq aşıq
hava şəraitində bu cür cəng meydanı qurulmuşdu.Bu cəng meydanında Bakı
Filialları ( Binəqədi, Suraxanı, Qaradag,Yasamal, Sabunçu, Nərimanov),
Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam,
komandaları iştirak etdi. İştitakçılar Sayokan döyüş sisteminin
Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparırdılar.
Yarışın açılış
mərasiminə saat 13:00 da başlandı. İlk söz "AZERİMED” şirkətinin icraçı
direktoru Asim Kazımova verildi. O İdmançılara uğurlar arzu edərək onları hər
zaman sağlam olmağa səslədi və yarış təşkilatçılarına təşəkkür etdi. Daha sonra
söz Binəqədi Gənclər və İdman idarəsinin
rəisi Qüdsi Bayramova verildi. O, yarış iştirakçılarını salamladı və Binəqədi
Rayon İcra Hakimiyyəti və Binəqədi qəsəbə Bələdiyyəsinə yarışı yüksək səviyyədə
keçirilməsində etdiyi köməkliyə görə təşəkkürünü bildirdi.
Sonra söz Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
Prezidenti Vasif Namazova verildi. O bu
yarışın ənənəvi olduğunu qeyd edərək gələcəkdədə Ümummilli Liderin xatirəsinə
turnirləri hər il olduğu kimi təşkil edəcəklərini qeyd etdi. Sonra O, 8 may
Şuşanın işğal günündən danışaraq qeyd etdiki «Bildiyiniz kimi bu gün 8 may Şuşanın işğal günüdü. Biz yarışı bu
günə bilərəkdən məqsədyönlü şəkildə salmışıq. Məqsəd yetişən gənc nəsli
məğlubiyyət ruhundan xilas etmək, gənclərimizi nikbin ruhda, cəsarətli və
qorxmaz böyüməsi üçün marifləndirmək, onları işğal olunmuş torpaqlarımızı
düşməndən azad etmək və Azərbaycan dövlətinin müstəqilliyinin qorunması üçün
vətənə məhəbbət ruhuyla hazırlamaqdır. Biz hazır olmalı və Cənab Prezident Ali
baş komandan İlham Əliyevin cənablarının əmrini gözləməliyik».
Sonda söz Binəqədi İcra
Hakimiyyətinin başçısı Alı Qocayevə verildi. O öz çıxışında Ümummilli Lider
Heydər Əliyevin ideyalarından danışdı, daha sonra qeyd edərək bildirdi ki "
Əziz gənclər ölkədə bütün quruculuq
işləri sizlər üçün, sizin gələcəyiniz üçün aparılır. Biz Hamımız cənab
Prezident İlham Əliyevin əsgəriyik və biz onun necə bir komandan olduğunu
bilirik. Ölkəmizin hər bir bölgəsində abadlıq işləri aparılır yeni idman
kompleksləri tikilir. Bu komplekslərin tikilməsi Azərbaycanın saglam gələcəyini
təmin etmək məqsədi daşıyır. Sizin hər birinizə uğurlar arzulayıram.
Komanda hesabı
qaliblər - Alaqan Sistemi
üzrə: 1-yer Suraxanı, 2-yer Fizuli, 3 yer Sumqayıt, Basaqar Sistemi üzrə: 1 yer Bakı-Mərkəz, 2-yer Nərimanov,3 yer
Sumqayıt,Cəng Sistemi üzrə: 1 yer Binəqədi, 2 yer Nərimanov, 3 yer
Sumqayıt komandaları qazandı.
Yarış, Binəqədi
İcra Hakimiyyəti, Binəqədi Qəsəbə Bələdiyyəsi, Binəqədi Gənclər və İdman
İdarəsi, "Azerimed" şirkəti, və Binəqədi rayonundan Millət Vəkili Madər Musayevin köməkliyi və Alfa Mühafizə şirkətinin, təşkilatçılıgı ilə həyata keçirildi.
QEYD: SAYOKAN ; " SAvaşçının
(döyüşçünün) YOlu və KANı" cümləsindəki sözlərin baş
hecalarının birləşdirilməsi anlamına gəlir.
·
SAvaşçı,döyüşçü sözu ilə necə döyüşçü olcağının yolunu, yəni
ağıl və bədən gücünü istifadə edə bilmə qabiliyyətini və intizamını ;
·
YOlu sözü ilə ərdəmliliyi, barışı, çalışqanlığı,
sevgini, hörməti tarixdəki böyüklərinin, adət və ənənələrini;
·
KANı, qanı sözü ilə də tarixdəki qəhrəmanların birliyini,
davamiyətini məqsədi daşıyır.
·
Sayokan
Dünya Türkləri' nin döyüş sənətidir.
YARIŞDAN ŞƏKİL SESSİYASI
Sayokan
Mətbuat Xidməti – Eyyub Kamaloğlu
Telefon:
Bakı - ( 012) 563 24 49
E-mail:
sayokan@inbox.ru
Mobil: (055 ) 789 77 16 WEB: www.sayokan-az.com
|