İlk seminar15 noyabr 2010 cu il tarixində Bakı
şəhəri Suraxanı rayonundaı yüksək səviyyədə baş tutub.
Seminarda Respublikanın
Baki şəhərindən Suraxanı, Raman, Sabunçu, Biləcəri, Əhmədli bölmələrindən olan idmançılar və Məşqçi-Təlimatçıları iştirak etdi. Seminar Beynəxalq dərəcəli
( IV san qara kəmər ) idman ustası, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti, Aybar-Sensei Vasif Namazov tərəfindən yüksək səviyyədə keçirildi.
Vasif
Namazov -Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
Prezidenti: «Start verdiyimiz zona seminarları, Türkiyədə Payız düşərgəsində keçirilən seminar zamanı aldıgımız yeni kursda olan dəyişiklərlə bağlıdı. Bu dəyişiklikləri seminar vasitəsi ilə tətbiq edirik. 21 noyabr 2010 tarixində isə yenidən Kentavr idman klubunda Seminarımız davam edəcək»
Qeyd edək ki, Seminar Mərkəzin Prezidenti Vasif Namazov və Mərkəzin təşkilat və təbliğat komitəsinin sədri Elşən Məmmədov tərəfindən yaradılmış Təşkilat
Komitəsi həyata keçirirdi.
Sayokan Mətbuat Xidməti –
Eyyub Kamaloglu
Mob.:
+994 55 789 77 16
Tel.: +994 18
6460144 Şəkil Hesabat
sayokan@inbox.ru
www.sayokan-az.com |