Sumqayıt şəhər Üzeyir
Hacıbəyli adına (Kimyaçılar)Mədəniyyət
Sarayının qarşısındakı meydanda ümumşəhər tədbiri keçirildi. Şəhərin minlərlə sakinibahar
bayramının gəlişini birlikdə qeyd etmək
üçün buraya toplaşmışdı. Bu ilki tədbir əvvəlki illərdəki tədbirlərdən
fərqlənirdi.
Tədbir meydanında şəhərin bütün ictimai sahələrindən ibarət
iştirakçılar paradla
davam edirdi. Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar
Əzizov,
Milli Məclisin üzvləri Muxtar Babayev və Hacı Salayev, bələdiyyə, hüquq
mühafizə
orqanları, idarə və müəssisələrin, özəl sektorun rəhbərləri iştirak
edirdi. Bayram
şənliyinin iştirakçıları Sumqayıtın qəhrəman idmançılarını gurultulu
alqışlarla
qarşıladılar. Meydanda idmanın müxtəlif növlərindən dünya və Avropa
çempionatlarının mükafatçıları olmuş 100-dən artıq idmançı var idi. Bu
möhtəşəm bayram şənliyinə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
idmançıları öz nümunəvi çıxışlarıyla xsüsi
töhvə verdi.
Vasif Mellimin bu mohdesem cixisina gore yaratdigi bu yigmaya gora derin minnetdarligimizi bildiririk bizi bu idmanla mesgul oldugumuz ucun cox sevinirik ve Ramin Mellimin emeyini bizi gece gunduz hazirlasdirdigina gora tesekkur edirik insallah boyuk yarislarimizda Azerbaycanin bayragini qaldirmag ucun calisirig ve bunu edeceyik haminiza ugurlar imza..........BAKI NERMANOV.......................EMIN ORUCOV