Ön Səhifə » 2011 » May » 19 » Millət Vəkili Madər Musayevlə İdarə Heyyətinin görüşü
23:56
Millət Vəkili Madər Musayevlə İdarə Heyyətinin görüşü
8 may 2011-ci il Binəqədi idman kompleksində təşkil
olunmuş Ümümmilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Sayokan Döyüş
sistemi üzrə II-açıq Respublika Turnirinə yekun vuruldu.Yarışdan sonra Binəqədi rayonundan Milli Məclisə deputat seçilmiş Madər Musayevlə rəsmi görüş keçirildi. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış
edərək ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan, ölkə Prezidenti
İlham Əliyevin idmançıların uğurlarını yüksək dəyərləndirməsindən danışdı. O qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.
Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. Bir
tərəfdən, mövcud idman qurğuları yenidən qurulur, yaxud yeniləri inşa edilir,
idmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq turnirlərdə
daha böyük uğurlar əldə etməyə imkan verir. Digər tərəfdən isə Azərbaycan
tez-tez qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.Q.Bayramov,
eyni zamanda, sözügedən yarışı yüksək səviyyədə təşkil etdiklərinə görə
Binəqədi rayonundan Milli Məclisinə deputat seçilmiş Madər Musayevə, Binəqədi
Qəsəbə Bələdiyyəsinə minnətdarlığını bildirdi. Davam olaraq Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
prezidenti Vasif Namazov ulu öndərin bütün fəaliyyəti dövrlərində gənc nəslin
fiziki inkişafında idmana mühüm önəm verildiyini, dövlət başçımız İlham
Əliyevin bu xətti uğurla davam etdirdiyini diqqətə çatdırdı.V.Namazov
həmçinin belə turnirlərin bundan sonra da təşkil olunacağını vurğuladı. O
eyni zamanda, Milli Məclisin deputatı Madər Musayevin Binəqədi rayonunun
ictimai həyatında oynadığı mühüm rola toxunaraq, Millət vəkilinin idman yarışlarının
təşkilinə verdiyi maddi dəstəyin idmançılar tərəfindən müsbət
qiymətləndirildiyini bildirdi.Daha sonra Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin İdarə heyyətinin üzvləri öz Millət vəkili Madər Musayevə dərin təşəkkür etdilər. Sonra Mərkəzin prezidenti Vasif Namazov Təşkilat adından Millət Vəkili Madər Musayevə Fəxri Fərman təqdim etdi.
Xatırladaq ki, mərasimdə Milli Məclisin deputatı
Madər Musayev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Rəşad Cabbarov, dünya və
Avropa çempionu Allahverdi Zamanov, dünya kubokunun qalibi Kamil Yusubov,
ikiqat dünya çempionuYaqub Zamanov və başqaları iştirak etmişlər.