Azərbaycan
Sayokan Döyüş Növləri Mərkəzinin Bakı şəhəri Suraxanı rayonunda təşkil
etdiyi seminarlar başa çatdı.Seminarlar Günəşli qəsəbəsində 27.03.2011,
Qaraçuxur qəsəbəsində isə 09.04.2011-ci il tarixində Kentavr idman
klubunda keçirildi. Seminarlar Azərbaycan Sayokan Döyüş Növləri
Mərkəzinin Prezidenti,Vasif Namazov, Mərkəzin Vitse-Prezidenti Rəfayıl
Əliyev və Mərkəzin təşkilat və təbliğat komitəsinin sədri Elşən Məmmədovun rəhbərliyi ilə keçirildi.
Vasif Namazov -Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti:
"Bakı şəhərində olan bölmələrimizin sayı artır, bölmələrimiz artdıqca
idmançılarımızın sayıda artır. İdmançıların çox olması isə gələcək
yarışlarda maraqlı döyüşçülırin ortaya çıxması deməkdir. Cünki rəqabətdə
idmançılar çox olduqça inkişaf tempi artır. Məhs bu amili nəzərə alanda
bölmələrində bir biri ilə rəqabəti dahada genişlənir. Artıq Bakıda
bir biri ilə rəqabət aparan bölmələrin sayı 5 çatıb. Bunlar Yasamal,
Sabunçu, Binəqədi, Günəşli və Qaraçüxür Bölmələridi. Bu seminarlarda çox
yüksək irəliləyişləri görə bilərik.İlk növbədə idmançıların Sayokan
əbasında olması və xüsusilədə Sayokan terminalogiyasıyla bərabər Sayokan
nizam intizam qaydalarına ciddi şəkildə reayət olunmasıdı. Qarşıdan
gələn 8 may 2011-ci ildə keçirəcəyimiz yarışa idmançılarımız qətiyyətlə
hazırlaşır. Bu idmançıları əziyyətini ədalətli qiymətləndirmək üçün
Hakimlər Kollegiyasın seminarını ciddi keçirəcəyik."
Qeyd edək ki, Hakimlər və Məşqçilər üçün Seminar 01.05.2011-ci il tarixində Sumqayıt Paralimpia idman kompleksində Keçiriləcək.Bu Seminar 08.05.2011-ci il tarixində keçiriləcək yarış üçün hazırlıq məqsədi daşıyır.