Ön Səhifə » 2011 » Mart » 1 » Azərbaycan Sayokan Komandası Asiya Çempionatından 5 medal ilə qayıtdı.
17:02
Azərbaycan Sayokan Komandası Asiya Çempionatından 5 medal ilə qayıtdı.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Yeniyetmələrdən ibarət yığma komandası 13-17 Fevral 2010-cu ildə Beynəlxalq Döyüş Növləri federasiyasının İranın Tehran şəhərində təşkil etdiyi Asiya Çempionatında iştirak edərək 2 medalla geri döndü. Çempionat Tehranın böyük idman sarayında keçirildi. Asiya çemponatında Azərbaycan Sayokan Komandası Mərkəzin Vitse-Prezidenti Rəfayıl Əliyevin rəhbərliyi altında, Həzizadə Məhəmmədəli 12-14 yaş 40 kq 3-ci yer, Məmmədli Cavid 12-14 yaş 45 kq 2 yerə layiq oldu.
Rəfayıl Əliyev, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Vitse-Prezidenti: " Yarış çox çətin keçdi. İdmançılarımız Miks Fayt MMA sistemində yarışırdı.Buna baxmayaraq Bizim idmançılarımız var qüvvəsilə mübarizə apardı. Ümumiyyətlə bizim yeniyetmə idmançılarımızda döyüş əzmi çox yüksəkdir. Çünki biz bu idmançıları tez tez yarışlar təşkil edərək formalaşdırırıq. İndi isə məqsədimiz Beynəlxalq arenalarda həm ölkəmizi layiqincə təmsil etmək, eyni zamanda onları peşəkar idmançı kimi hazırlamaqdır.”