9 may 2010 cu il Bakı şəhərındə Sayokan Döyüş sistemi üzrə Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Turniri yüksək səviyyədə baş tutdu. Turnirə dəvət olunmuş komandalardan Agcabədi rayonu Bakının Suraxanı,Qala ramanı, Yeni Ramanı, Qaraçuxur, Yasamal, Binəqədi, Əhmədli, rayonları, Sumqayıt, Beyləqan, Qubadlı, Agdam, Bərdə, Xaçmaz,Fizuli komandaları iştirak etdi. Komandalar Sayokan döyüş sisteminin A-B sistemləri üzrə mübarizə apardılar. Komanda hesabı üzrə Suraxanı 1-ci yer, Qaraçuxur 2 -ci yer, 3-yer Beyləqan komandaları qazandı.
Turnirin Açılış Mərasimində Suraxanı Gənclər və İdman Baş İdarəsinin Rəis Müavini Zəkiyyə Musayeva və Mərkəzin Prezidenti Vasif Namazov iştirak etdi.
Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: « Biz Bu yarışın səviyəli şəkildə keçirilməsi üçün var gücümüzlə çalışdıq, öhdəsindən nə dərəcədə gəldiyimizi isə Suraxanı Gənclər və İdman idarəsinin əməkdaşları şahid oldu. Biz bu yarışı təşkil etməklə Sayokanın nəinki gənclərimizi Milli ruhda tərbiyə , eyni zamanda tarixi şəxsiyətlərimizi yad edərək gənclərə çatdırılmasını borclu bilirik. Heydər Əliyev mustəqil Azərbaycan dövlətinin qurucusu oldugu kimi daim idmançılara önəm vermişdir. Bu dahi şəxsiyyəti yad etmək bizim üçün şərəfdir.Yarışda iştirak edən bütün Sayokan komandalarına və onların rəhbərlərinə dərin təşəkkürümü bildirirəm.»
Qeyd
Turniri Mərkəzin Prezidenti Vasif Namazov, Suraxanı Filialının sədri Elşən Məmmədov , Texniki Direktor Kamil Usubov tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.
Əlaqə:
Sayokan Mətbuat Xidməti – Eyyub Kamaloglu
Mob.: +994 55 789 77 16
Tel.: +994 18 644 10 43
sayokan@inbox.ru
|