Azərbaycan
Sayokan Döyüş Növləri Mərkəzinin Bakı şəhəri Suraxanı rayonunda təşkil
etdiyi seminarlar başa çatdı.Seminarlar Günəşli qəsəbəsində 27.03.2011,
Qaraçuxur qəsəbəsində isə 09.04.2011-ci il tarixində Kentavr idman
klubunda keçirildi
Seminarlar Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti,Vasif Namazov, Mərkəzin Vitse-Prezidenti Rəfayıl Əliyev və Mərkəzin təşkilat və təbliğat komitəsinin sədri Elşən Məmmədovun rəhbərliyi ilə keçirildi.
Sumqayıt şəhər Üzeyir
Hacıbəyli adına (Kimyaçılar)Mədəniyyət
Sarayının qarşısındakı meydanda ümumşəhər tədbiri keçirildi. Şəhərin minlərlə sakinibahar bayramının gəlişini birlikdə qeyd etmək
üçün buraya toplaşmışdı. Bu ilki tədbir əvvəlki illərdəki tədbirlərdən fərqlənirdi.
Tədbir meydanında şəhərin bütün ictimai sahələrindən ibarət iştirakçılar paradla
davam edirdi. Tədbirdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov,
Milli Məclisin üzvləri Muxtar Babayev və Hacı Salayev, bələdiyyə, hüquq mühafizə
orqanları, idarə və müəssisələrin, özəl sektorun rəhbərləri iştirak edirdi. Bayram
şənliyinin iştirakçıları Sumqayıtın qəhrəman idmançılarını gurultulu alqışlarla
qarşıladılar. Meydanda idmanın müxtəlif növlərindən dünya və Avropa
çempionatlarının mükafatçıları olmuş 100-dən artıq idmançı var idi. Bu möhtəşəm bayram şənliyinə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin
idmançıları öz nümunəvi çıxışlarıyla xsüsi
töhvə verdi.
Azərbaycan
Sayokan Döyüş Növləri Mərkəzinin Yeniyetmələrdən ibarət yığma komandası
13-17 Fevral 2010-cu ildə Beynəlxalq Döyüş Növləri federasiyasının
İranın Tehran şəhərində təşkil etdiyi Asiya Çempionatında iştirak
edərək 2 medalla geri döndü. Çempionat Tehranın böyük idman
sarayında keçirildi. Asiya çemponatında Azərbaycan Sayokan Komandası
Mərkəzin Vitse-Prezidenti Rəfayıl Əliyevin rəhbərliyi altında, Həzizadə
Məhəmmədəli 12-14 yaş 40 kq 3-ci yer, Məmmədli Cavid 12-14 yaş 45 kq
2 yerə layiq oldu.
Savaşçının ( Döyüşçünün) yolu deyir ki: İkiüzlü riyakar danışdığında yalan danışar, söz verdiyində sözündə durmaz, güvənildiyində xainlik edər.
Savaşçının ( Döyüşçünün) yolu deyir ki:Döyüşçü xalqı diqqətə alıb, onlardan etdiklərinin qarşılığında tərif və mənfəət gözləməz.
Savaşçının ( Döyüşçünün) yolu deyir ki:Heç bir nemət yoxdur ki yanı başında bir çətinlik olmasın, heç bir uğur yox ki dərd ehtiva etməsin, heç bir genişlik yox ki bərabərində bir darlığı saxlamasın.
Savaşçının ( Döyüşçünün) yolu deyir ki : insanlardan elələri vardır ki, dünya ovucunda olmasına qarşı dünyanı sevməz, o dünyaya hakimdir dünya ona deyil, dünya onu sevər o dünyanı deyil, dünya onun arxasından qaçar o dünyanın deyil, dünya ona xidmət edər o dünyaya deyil, o dünyanı dağıdar dünya onu deyil. Bu döyüşçünün ürəyi Tanrıya dönükdür dünya ürəyini kötüleştiremez, korlaya bilməz. Dünyada qənaətdə tapılar, dünya onda qənaətdə tapıla bilməz.
23 yanvar 2011-ci il. Sumqayıt şəhər Parapimpiya İdman komleksində "Sayokan Narkomaniya və uşaq cinayətinə qarşı" devizi altında keçirilən turnirə yekun vuruldu.
Yarışa dəvət olunmuş komandalardan Bakının Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Bakı-Mərkəz komandaları, Sumqayıt, Beyləqan, Xaçmaz, Qubadlı, Agcəbədi, Şuşa komandaları iştirak etdi. Komandalar Sayokan döyüş sisteminin A,B,C sistemləri üzrə mübarizə apardılar. Komanda hesabı üzrə Sayokan döyüş növünün A sistemi üzrə Suraxanı 1-ci yer, Sabunçu 2 yer, Beyləqan 3 yer, Sayokan döyüş növünün B sistemi üzrə isə 1-ci yer Bakı-mərkəz , 2 yer Sumqayıt, 3 yer Binəqədi, Sayokan döyüş növünün C sistemi üzrə isə 1-ci yer Sumqayıt, 2 yer Nərimanov, 3 yer Ağcabədi, komandaları qazandı.Yarışda xsusi diqqət çəkən məqam çox sayda güclü döyüşçülərin, spornsorların və təşkilat dəstəyi olan təşkilatlar idi.
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Yıgma Komandası 13-17 dekabr 2010-cu ildə WOF-Dünya Oriental-Döyüş İdman federasiyasının Türkiyənin Antalya şəhərində təşkil etdiyi Dünya Çempionatında iştirak edərək 5 medalla geri döndü. Çempionat Antalyanın ən böyük idman sarayı olan "Kəpəz Spor Salonu"nda keçirildi. Bu Dünya çemponatında Azərbaycan Sayokan Komandası Vasif Namazovun rəhbərliyi altında, Allahverdi Zamanov 85 kq 3-ci yer, Tural Rəhimov 68 kq 2-ci yer, Anar Əliyev 64 kq 2-ci yer, Vüsal Əliyev 58 kq 3-cü yer, və Emin Əliyev 54 kq 2 yerə layiq ol
Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Yıgma Komandası 13-16 dekabr 2010-cu ildə WOF-Dünya Müdafiə İdman federasiyasının Türkiyənin Antalya şəhərində təşkil etdiyi Dünya Çempionatında iştirak edəcək.
Çempionat Antalyanın ən böyük idman sarayı olan "Kəpəz Spor Salonu"nda keçiriləcək. Bu mötəbər yarış UNESKO və Beynəlxaql Anti dopink kimi təşkilatların dəstəyilə təşki olunur. Bu möhtəşəm Dünya Çemponatında Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin seçmə idmançıları Allahverdi Zamanov 85 kq, Tural Rəhimov 68 kq , Anar Əliyev 64 kq, Vüsal Əliyev 58 kq , və Emin Əliyev 54, komandanın rəhbəri Vasif Namazovun rəhbərliyi altında ölkəmizin idman şərəfini qoruyacaq. İdmançılarımız yarışa yüksək əhval-ruhiyyə ilə 11 dekabr 2010 tarixində yola düşürlər.