|
Fevral ayının 19 də Gürcüstanda keçirilən beynelxalq dostluq türnirinə qatılmaq üçün Azərbaycanı təmsil edəcək 10 nəfərdən ibarət idmançı heyəti Azərbaycan Sayokan Mərkəzinin rəhbəri və Beynəlxalq Döyüş Növləri Assosasiasının Azərbaycan Nümayəndəliyinin Rəhbəri Vasif Namazovun rəhbərliyi altında Gürcüstanın Zuqdidi şəhərinə yola düşmələri bağlı bəzi elektron informasiya vasitələrində məlumat verilib. Ənənəvi olduğu kimi fevral ayının 20 də hər iki ölkənin idmançıları Zuqdidi şəhərində yerləşən "Atryom” adlı teatrda birgə mətbuat konfransı keçirdilər.
Konfansı giriş sözü ilə Mera Kaldalı açaraq qonaqları salamladı və o çıxışında yarışın keçirilməsində əsas məqsədlərdən biridə hər iki ölkənin idmançılarının öz güclərini sınamaları, hər şeydən öncə yarış Azərbaycan Gürcü xalqlarının dostluğunu və atılan təməlləri daha da güclənməsinə xidmət etməlidir və öncə dostluğun qazanmasını arzuladı.İdmançılara ugurlar diləyən Mera Kaldali yarışın gərgin atmosferada keçəcəyini bildirdi. Gürcüstan idmançılarının rəhbəri Vaco Nikraşvili Azərbaycanda və Gürcüstanda son vaxtlar idman sahəsinə böyük marağın artdığını və belə yarışların ölkələr arasında mədəni,içtimai və idmanı əlaqələrinin qurulmasında böyük təkan verə biləcəyini qeyd etdi.
Azərbaycan İdmançılarının rəhbəri, Vasif Namazov Azərbaycan idmançılarının yarışa ciddi hazırlaşdıqlarını bildirdi. Vasif Namazov Gürcüstanın tanınmış "ODISHI” telekanalına müsahibə verərək Gürcüstan-Azərbaycan idmançıları arasında bu cür ənənəvi yarışların tez-tez keçirilməsini arzuladı. Azərbaycanda da belə yarışların və dostluğa xidmət edəcək tədbirlərin keçirilməsini zəruriliyini qeyd etdi.
Sonra isə Azərbaycan və Gürcüstan İdmançıları jurnalistləri maraqlandıran sualları cavablandırdılar. Onuda qeyd edək ki,yarışın başlanılması ilə bağlı reklam işləri yüksəv səviyyədə həyata keçirilmişdir. Bir aydan öncə yarışda iştirak edəcək idmançıların afişası Züqdidi şəhərini bəzəməkdə idi.
Fevral ayının 21 də yarışa start verildi və Azərbaycan idmançıları Turnirdə K 1 və Full-kontakt Karate sistemi üzrə döyüş keçirdilər. Yarışa şəhər içtimaiyyəti tərəfində ciddi maraq var idi. Yarışın keçirildiyi məkan demək olar ki,kütləviliyi ilə seçilirdi və insanlarda tədbiri izləmək marağı böyük idi. Yarış yuxarıda adını çəkdiyimiz kimi "Atryom”adlı teatr zalında baş tutdu. Yarış ilk öncə Gürcüstan və Azərbaycan himnin sədaları altında başladı.
Gərgin keçən yarışda Azərbaycan idmançıları uğulu nailiyyətlər əldə etdilər. Aşağıda adları göstərilən idmançılarımız bu yerlərə nail oldular.
Nagıyeva Ceyran 1 yer
İbişov Cavid 1 yer Quliyev Sərhəd 2 yer
Yusubov Kamil 2 yer
Zamanov Yaqub 2 yer
Şirinov Ramil 2 yer
Abbasov Fərahim 2 yer
Qələndərov Bəhruz 2 yer
Paşazadə Vüsal 2 yer
Sonda Azərbaycan idmançılarının şərəfinə ziyafət verildi. Ziyafətdə şəhərin tanınmış idman nümayəndələri və Zuqdidi şəhərinin Meri Aleksandre Kobalia və Müavini Ruslan Kilasonia iştirak edirdi. İştirakçılar Azərbaycan idmançılarının şərəfinə badə qaldıraraq idmançılarımızın yüksək nailiyyətlər etdiyinə görə təbrik etdilər. Mer Aleksandre Kobalia bu gün Azərbaycan Gürcüstan əlaqələrinin siyasi və iqtisadi-mədəni cəhətdən strateji səviyyə catdığını qeyd edərək bu inkişafda hər iki ölkənin prezidentlərinin şəxsi münasibətlərinin mühüm rol oynadığını qeyd etdi . Aleksandre Kobalia bundan sonra belə yarışların ildə ən azı iki dəfə keçirilməsini arzuladı. Ziyafətdən sonra idmançılarımız böyük coşğu ilə öz vətənlərinə yola salındılar.
Elnur Eltürk
Gürcüstanın Zuqdidi Şəhəri |