Create site free
Dünya Azərbaycanliları Konqresinin Gənclər Təşkilatının Türkiyə səfəri (2008 ci il dekabr 4-10) - 13 Августа 2009 - Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi
    Çərşənbə axşamı, 07.02.2012, 16:19
    Xoş Gəlmisiniz Qonaq | RSS
  S A Y   O K A N
 
SAvaşçının YOlu və KANı
 
  Ön Səhifə | Qeydiyyat | Çıxış
Menyu
Giriş Forması
E-mail:
Şifrə:
REKLAM

 

         


 

  
Mini-Çat
Sorğu
Hansı Sayokan Klubu daha fəaldı?
Cəmi cavablar: 322
Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ön Səhifə » 2009 » Avqust » 13 » Dünya Azərbaycanliları Konqresinin Gənclər Təşkilatının Türkiyə səfəri (2008 ci il dekabr 4-10)
17:30
Dünya Azərbaycanliları Konqresinin Gənclər Təşkilatının Türkiyə səfəri (2008 ci il dekabr 4-10)

 DAK Gənclər Təşkilatının fəalları türk dünyasının və Azərbaycanın bütövlüyü uğrunda mücadilə aparan insanlarla görüşmüşlər.

     DAK  Gəncləri ilk öncə  Türk dünyasının  böyük öndəri Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbirdə yerləşən məzarını ziyarət etmişlər.Öndərin ruhuna fatihə duası oxumuşlar.

     Gənclərimiz sonra Böyük öndər Məmməd Əmin Rəsulzadənin nəvəsi və türkiyənin tanınmış fotoqrafi Aylat Burcla Anadolu hötelində görüşərək,Aylat bəyə bir sıra suallar vermişlər.

      Aylat bəy ilk öncə özü haqqında məlumat verərək 1936 ci ildə Azərbaycanda doğulduğunu və 1945 ci ildə ailəsi ilə birlikdə Türkiyə yə köçdüklərini qeyd edərək,sonra babası Məmməd Əmin Rəsulzadənin fəaliyyəti haqqında gənclərın suallarını cavablandırmişdır.
  
  

      Dünya Azərbaycanlıları Konqresi  Gənclər Təşkilatının sədri Elnur Eltürk Məmməd Əmin Rəsulzadənın Türkiyədə yaşadığı illərdə Azərbaycanın istiqlalı üçün publisistik fəaliyyəti haqqinda məlumat verərək,Böyük öndərin istiqlal savaşı ilə bağlı türkiyə və Azərbaycanlı təhqiqatçıları tərəfindən ciddi şəkildə araşdırıldığını onun kitab halında çap olunduğunu və gənclərimizin milli şüurunun oyanmasında bu materillarin önəmliyini qeyd etdi.

     DAK Gənclər Təşkilatının üzvü Ramin Məmmədhəsənov Rəsulzadənin daim millətimiz üçün milli fikir qaynağı olacağını və bir gənc olaraq onunla qürür duyduğunu gənclərin diqqətinə catdirdi.

    DAK Gənclər Təşkilatının idman deportamentinin sədri Vasif Namazov Aylat beyin diqqətinə catdirdi ki,onun idman fəaliyyətində ilk öncə öz idmancılarına tarixi şəxsiyyətlərimizin həyatı və onların xalqımızın həyatı necə rol oynadıqlarını öyrədərək onları milli vətənpərvər kimi yetişməsi üçün əlindən gəldiyini etdiyini,və bundan sonrada milli məsələlərin idman fəaliyyətində prinsip kimi qalacağını qeyd etdi.

     Sonda Aylat bəy  gənclərlə keçən maraqlı görüşə görə öz təşəkkürünü bildirərək onların beynelxalq yarışda qalib gəlməsı üçün  uğurlar arzuladi.

 
  
6 Dekabr 2008 ci il tarixində DAK Gənclər Təşkilatının bir qrup üzvü Avrasiya Starteji Araşdirmalar Mərkəzinin araşdırmacısı Güney Azərbaycanda olan,Türkiyənin nüfuzlu politoloqu Arif Kəskinlə görüşmüşlər.Arif bəylə masa arxasında keçən maraqli görüşmədə DAK Gənclərini son zamanlar bölgədə və qardaş Türkiyədə  baş verən siyasi proseslərlə onları maraqlandiran digər geopolitik məsələrin təhlili bağlı suallar vermişlər .

        Arif bəy Güney Azırbaycanda ciddi proseslərin getdiyini,xüsusi ilə 2006 ci il 22 may hadisələrindən sonra Güney Azərbaycanın regionda siyasi önəmliyini artdığını və gənclərin bu məsələdə aktivliyini və ayiq düşüncəli olmasını qeyd edən Arif bəy Son vaxtlar PKK probleminin Türkiyədə baş qaldırdığını amma heç nəyə nail ola bilməyəcəklərini,Türkiyənin dövlətçiliyinin güclü təməllər üzərində qurulduğunu gənclərin diqqətinə catdirdi.

   

Arif bəy bu gün dünya Azərbaycanlılarının qürür  mənbəyi sayılan Şimali Azərbaycanin müstəqil olması Bütöv Azərbaycanın azadlığına aparan yolu tezləşdirir.

       DAK Gənclərinin üzvü Rəşad Məmmədov Arif bəyə Dağlıq Qarabağ münaqişəsinin həlli  ilə bağlı sual verərək,politoloq Arif bəy bu gün Azərbaycan dövlətinin münaqişənin həllində tutduğu xətti milli maraqlara cavab verdiyini fikrini bildirdi və amma Qarabağ məsələsinin beynelxalq məsələ olduğunu,ancaq gec tez Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını bildirdi.

    DAK Gəncləri Türk Döyüş Sənətinin(SAYOKANIN) başqanı Nihat Yigit və onun köməkcisi Qazi Universitetinin müəllimi Tayğu Mucahidlə görüşmüşlər.Nihat bəy gəncləri beynelxalq yarışda nailiyyətlərinə görə təbrik etdi və uğurlar arzuladı.

Sonra Nihat bəy SAYOKAN haqqinda bilgi verdikdən sonra bu idman növündə hər şeydən öncə milli düşüncənin gənclərdə formalaşmasına önəm vermələrini bildirməsi gənclər tərəfindən razılıqla qarşılandı.Nihat bəy SAYOKAN bütün türk dünyasinda fəaliyyət göstərdiyini qeyd etdi.Sonda Nihat bəy DAK Gənclər Təşkilatının idman deportamentinin sədri Vasif Namazovu SAYOKAN-nın Azərbaycan üzrə nümayəndəsi təyin etməsi Azərbaycan idmanın uğurları ilə bərabər türk dünyasının uğurlarından da  sayılmalıdır.

      DAK Gəncləri İzmirdə fəaliyyət göstərən İzmirAzərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanlının qonagı olmuşlar.Camal bəy haqqında onu demək olar ki,bu insan İzmirdə sözün həqiqi mənasında Azərbaycanımız ücün böyük işlər görür.Camal bəy əslən Azərbaycan türküdür.Babaları Qərbi Azərbaycandan Türkiyənin Qars şəhərinə köçüblər və Camal bəy Qarsda dünya göz acıb. İxtisasca hüqüqşünasdır.Musiqi ilə cox maraqlanır və həmdə gözəl Qarmon ifacısıdır.

   
Birdə onuda demək olar ki,Camal bəyin həyat yoldaşı Səranə xanım Şualiyə ona ömür gün yoldaşı olmaqla bərabər onun ictimai mədəni fəaliyyətində dəstək olur və dərnəyin bütün tədbirlərində Camal bəyin yanında olur.

    Səranə xanım mehriban və gülər üzlü xanım (həmdə olduca istiqanlı) olmaqla bərabər bu xanımda müdriklik xüsusiyyətləri cəmləşib.Biz Camal bəyin evində qonaq olarkən Səranə xanımla Vasif bəyin cox maraqlı diskusiyaları olurdu,arada bir məndə bu diskusiyalara qatilirdim və bu xanimla bağlı bir şeyə şahid oldum ki, Səranə xanım siyasi prosesləri kifayyət qədər gözəl bilir.Bu mənada onu deyə bilərəm ki,Camal bəy xoşbəxt insandır.

   
 
 
Camal bəy İzmirdə Azərbaycanlıların bir araya gəlməsində böyük əmək sərf edir.İzmirdə təhsil alan gənclərə də imkanı daxilinndə kömək edir.Bizim izmir səfərimiz qurbanlıq bayramına düşdüyü üçün və Tanrının nəsibi ilə bayramı Camal bəyin evində qeyd etdik.Bayram günü gənclərdə  Camal bəyin evinə qonaq gəlmişdilər.Hətta onların arasında Moldova dövlətindən izmirdə təhsil alan tələbə xanımda var idi.Camal bəyin evində bayramı qeyd etməklə bərabər gələcə diaspor fəaliyyətimizlədə bağlı söhbətlər edirdik.Dərnəyin İdarə heyyətinin üzvü Fərid bəy gənc olmasına baxmayaraq savadlı və ictimaiyyətcı bir gənc təəssüratı bağışlayırdı.İzmirdə bildiyim qədər  600 yaxın tələbəmiz təhsil alır və ictimai işlərdə aktivdirlər.

   Camal bəy bizə mədəniyyət mərkəzinin gələn novruz bayramına ciddi hazırlaşdıqlarını bildirdi və bu tədbirə Bakıdan da qonaqlarında qatılacaqları bildirdi.Bu gün bir şeyi qürurla demək olar ki, Azərbaycan diasporasında Camal bəy kimi dəyərli insanlarımız Azərbaycan və türk dünyasının birləşməsi üçün önəmli işlər görürlər.

 

Elnur Eltürk
 
 
 
Baxanlar: 724 | Əlavə edən: admin | Retinq: 0.0/0
Şərhlərin cəmi: 0
Adı *:
Email:
Kod *:
Mesaj
VIDEOLAR

Axtarış
Təqvim
«  Avqust 2009  »
B-eÇərÇ.aCümC.aŞənBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Dost Saytlar

 

The site of President of Azerbaijan Republic

 





Kataloq

 

Reklamlar

Регистрация в каталогах, добавить сайт
в каталоги, статьи про раскрутку сайтов, web дизайн, flash, photoshop,
хостинг, рассылки; форум, баннерная сеть, каталог сайтов, услуги
продвижения и рекламы сайтов

AZERBAIJAN S A Y O K A N FEDERATION© 2012 - MOB: +994 55 789 77 16 begin_of_the_skype_highlighting...

Бесплатный конструктор сайтов - uCoz