Azərbaycanda möhtəşəm Dünya Türklərinin Həmrəylik Günü keçirildi - 13 Августа 2009 - Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi


Ön səhifə | | Mənim profaylım | ÇıxışÇərşənbə axşamı, 22.05.2012, 11:36

Bu cür daxilsiniz Qonaq | Qrup "Qonaqlar" | RSS

S A Y O K A N

SAvaşçının YOlu və KANı


Menyu
Giriş Forması
E-mail:
Şifrə:
REKLAM

 

         


 

  
Mini-Çat
Sorğu
Hansı Sayokan Klubu daha fəaldı?
Cəmi cavablar: 351
Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Ön Səhifə » 2009 » Avqust » 13 » Azərbaycanda möhtəşəm Dünya Türklərinin Həmrəylik Günü keçirildi
21:50
Azərbaycanda möhtəşəm Dünya Türklərinin Həmrəylik Günü keçirildi
4 aprel 2009 cu il tarixində Müasir Mənəvi  İnkişaf İçtimai Birliyinin, "Təkan” Tələbə Gənclər İçtimai Birliyinin, Bakı Şəhər İdman İdarəsinin,Türkiyənin Azərbaycanın Səfirliyinin,TRT nın Bakı bürosunun dəstəyi ilə Rəşib Behbudov adına mahnı teatrında Dünya Türklərinin Həmrəyliyi Günü keçirildi.
   Tədbirin ahənginə uyğun olaraq  Türk milli rühü ilə başladığı kimi tədbirin təhlükəsizlikliyini və mühafizəsini SAYOKAN ( Türk Döyüş Sənət növünün) Azərbaycan Mərkəzinin rəhbəri Vasif Namazov və onun əməkdaşları yüksək peşəkarlıqla təmin etdirdilər. 
 Tədbirdə Azərbaycanın tanınmış ziyalıları, Milli Məclisin üzvləri,İçtimai-siyasi xadimləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının əməkdar artisti Ağalar Bayramov açaraq bu günün ən əlamədar tarixi hadisə olduğunu qeyd edərək. Dünya türklərinin bir araya gəlməsi və birləşməsi yönündə belə tədbirlərin stimul rolunu oynayacağını bildirdi. Ağalar bəy tədbir iştiraçılarından bir dəqiqəlik Azərbaycan və türk dünyasının birliyi ugrunda həlak olmuş şəhidlərimizin ruhu yad edilməsini xahiş etdi.
 
 
 
 
Sonra Çıxış üçün salona "Müasir” İnkişaf İçtimai Birliyinin sədri Mübariz Aşırlı çıxaraq tədbir iştirakçılarını salamdıqdan sonar tədbirin ərsəyə gəlməsində TİKA və Bakı Şəhər Idman Idarəsinə öz təşəkkürünü bildirdi. Dünya Türklərinin Həmrəylik Günün keçirilməsi üçün hansı işləri gördüklərini danışaraq tədbir iştirakçılarını geniş məlumat  verdi.
    Xalq Şairi,Milli Məclisin deputatı Sabir Rustəmxanlı tədbiri təşkilatçılarını təbrik etdikdən sonra Türkiyə türkcəsini Azərbaycanda tərcumə edilməsi ilə qərarın qəbul edilməsini  sərt tənqid etdi və bu addımı atanları bir qədər  düşünməyə dəvət etdi.
 
 
 
 
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin əməkdaşı Bülənt Uğur çıxış edərək dörd il Azərbaycanda fəaliyyət göstərdiyi vaxtda Dünya Azərbaycanlılarının Həmrəylik günün keçirildiyini və bu gün artıq dünya türklərinin həmrəylik günün keçirilməsinin ənənəsinin qoyulmasından çox sevindiyini və Mübariz Aşırlıya öz təşəkkürünü və sevgilərini dilədi.
 
 
 
 
 Ahıska türklərinin təşkilatı olan "Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov dünyada yaşayan türklərinin getdikcə təşkilatlandığını diasporanısının vahidləşdiyini və güclü birliyinin yarandığını bildirdi.

 "Təkan” Tələbə Gənclər İçtimai Birliyinin sədri Elşən Hüseynov türk millətinin birləşməsindən narahat olan qüvvələrin ortada olduğunu və amma tarix boyu türkü türkə qarşı qoymaq siyasəti aparan dövlətllərin heç bir nəticəyə nail ola bilməyəcəklərini zalda əyləşənlərin nəzərinə çatdırdı.

 
Tədbirin bədii hissəsi gözəl coşğu ilə davam etdi və Türk dünyasının böyük şairi ozanı Əsəd Kabakçı türk millətini və birliyini vəsf edən türklər söylərək iştirakçıların əhval ruhiyyəsinə qaldirdi və xüsusi ilə gənclərin onunla bərabər oxuması tədbirin milli ruhunu qaldırırdı. Şəmİstan Əlizamanlı "Çırpınırdın Qara dəniz” mahnısını, Gənc şair Xəyal Rza "Ula Bozqurdum” şeirini, Azərbaycanın və Dağıstanın əməkdar artisti Əbülfət Oğuz, Kərkük türkü Seyfəddin Çaxmaqçı türklər söyləyirdilər. Moldovada gəlmiş qaqauz türklərindən ibarət rəqs ansamblı öz fəaliyyətlərini göstərdilər. Tədbir başdan sona kimi əsl türklük ruhu ilə davam etdi.  
 
 
 
 

 

 P.S  Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi olaraq tədbirin təşkilatçılarına öz təşəkkürümüzü bildiririk və türk millətinin birliyi inteqrasiya yolunda çalışan dostlarımıza,qardaşlarımıza uğurlar arzu edirik.

   

 

              Mətbuat Xidməti Rəhbəri:   Elnur Eltürk

Baxanlar: 836 | Əlavə edən: admin | Retinq: 0.0/0
Şərhlərin cəmi: 0
Adı *:
Email:
Kod *:
Mesaj
VIDEOLAR

Axtarış
Təqvim
«  Avqust 2009  »
B-eÇərÇ.aCümC.aŞənBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Dost Saytlar

 

The site of President of Azerbaijan Republic

 





Kataloq

 

Reklamlar

Регистрация в каталогах, добавить сайт
в каталоги, статьи про раскрутку сайтов, web дизайн, flash, photoshop,
хостинг, рассылки; форум, баннерная сеть, каталог сайтов, услуги
продвижения и рекламы сайтов

AZERBAIJAN S A Y O K A N FEDERATION© 2012 - MOB: +994 55 789 77 16 begin_of_the_skype_highlighting...

Бесплатный конструктор сайтов - uCoz