Acalov Aqil Şakir oğlu
Acalov Aqil Şakir oğlu 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1990-cı ildə Bakı şəhəri Binəqədi rayonu 3 saylı orta məktəbin 1-ci sinifinə qəbul olmuş və 2001-cü ildə həmin məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Dövlət Tənzimlənməsi fakültəsinə qəbul olmuş və həmin fakültəni 2007-ci ildə «Əməyin iqtisadiyyatı və sosiologiyasi» ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə magistr dərəcəsi almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinin «Təbiətdən istifadənin iqtisadiyyatı» fakültəsinin magistraturasına daxil olmuş və 2009-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Acalov Aqil Şakir oğlu eyni zamanda ictimai fəaliyyətdədə çox fəal olmuşdur. O 2004-cü ildən ictimai fəaliiyətlə məşgul olmağa başlayaraq. 2004-2005-ci illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycan Gəncləri üzrə Həmrəylik Assosiasiyasının kordinasiya şurasının sədri, 2005-2007-ci illərdə Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəylik Assosiasiyasının sədri, 2007-ci ildə Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədr müavini, 2009-cu ildə sədri vəzifəsinə seçilmişdir.Bir sıra mətbu məqalələrin müəllifi olmuşdur.
01 noyabr 2007-ci il tarixindən «EQ» MMC-də baş çapcı, 06 yanvar 2008-ci tarixindən 2010-cu il tarixinədək isə direktor müavini vazifəsində işləmişdir. 01 dekabr 2010-cu ildən bu günə qədər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Mühasibat və Təsərrüfat sektorunda mütəxəssiz vəzifəsində işləyir.